logo

Ağdaşda ağır avtoqəzada 2 nəfər ölüb

22:12 19-01-2024 | icon 826
Ağdaşda ağır avtoqəzada 2 nəfər ölüb

Yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.