logo

Ötən il paytaxtda 15 mindən çox cinayət hadisəsi qeydə alınıb

16:13 19-01-2024 | icon 1393
Ötən il paytaxtda 15 mindən çox cinayət hadisəsi qeydə alınıb

Ötən il paytaxtda qeydə alınan 15 min 759 cinayətin 82,8 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 17,2 faizi ağır və xüsusilə ağır növlər olub.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılov 2023-cü ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib.

General-mayorun sözlərinə görə, 2022-ci illə müqayisədə hesabat dövründə ehtiyatsızlıqdan adamöldürmə 2 dəfə, ümumi cinayətlər 5,8, ağır və xüsusilə ağır cinayətlər 14,8, az ağır cinayətlər 5,7, soyğunçuluq 27,5, quldurluq 23 faiz azalıb. Ümumilikdə 167 odlu silah, 65 qumbara, 3834 ədəd döyüş sursatı yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 78 odlu silah əməliyyat yolu ilə götürülüb.