Qoşulmama Hərəkatına sədrlik Azərbaycan tərəfindən Uqandaya təhvil verilib.
YeniAvropa xəbər verir ki, yanvarın 19-da Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə Hərəkata sədrlik Uqanda tərəfindən qəbul olunub.
Qeyd edək ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə bu təsisata sədrliyi həyata keçirməyə başlayıb. Ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddəti 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə daha bir il uzadılıb.