Ümumxalq Hüzn Günü ilə əlaqədar yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq bir sıra müntəzəm marşrutların hərəkətində dəyişiklik olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd edilib ki, sabah 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.