Aİ nümayəndəliyi Azərbaycanda çimərliyin təmizlənməsi kampaniyası keçirib
Beynəlxalq Sahilyanı Təmizlik Günündə-sentyabrın 15-də Avropa İttifaqı Bakıdakı nümayəndəliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, "EkoSfera" Sosial və Ekoloji Mərkəzinin dəstəyi ilə Avropa İttifaqına Üzv dövlətlərin səfirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşlarını çimərliyin təmizlənməsi kampaniyası üçün səfərbər edib.
YeniAvropa xəbər verir ki, bu haqda Avropa İttifaqı Bakıdakı nümayəndəliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, diplomatik icmanın 200-dən artıq nümayəndəsi və onların ailə üzvləri Bakının Novxanı qəsəbəsindəki çimərliklərin birini təmizləməklə kampaniyaya qoşulub.
Azərbaycan-Fransız Universitetinin tələbələri, Açıq Qonşuluq layihəsi tərəfindən idarə olunan "Gənc Avropa Səfirləri" şəbəkəsinin iştirakçıları, Aİ Nümayəndəliyinin təşkil etdiyi Avropa Məktəblərinin keçmiş tələbələri də bu təşəbbüsə qoşulanlar arasında olublar.
"Çimərliyin çirklənməsi hər birimizi narahat edir, bu, hər birimizin töhfə etdiyimiz bir problemdir, bu məsələni birlikdə həll etməyimiz daha ədalətli olar. Bu səbəbdən də dənizin zibillənməsinin təsirləri barədə məlumatlandırmanı artırmaq üçün bu gün burada bir araya gəlmişik, dünyamızı tək təmizləməklə deyil, həm də zibilləməməklə çirklənməkdən qorumaq üçün hər kəsi bizə qoşulmağa çağırırıq",-deyə Aİ nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskas vurğulayıb.
Qeyd etmək lazımdır ki, Aİ Nümayəndəliyi #AİÇimərliyinTəmizlənməsi Kampaniyasına bütün dünyada qoşulmuş 40 nümayəndəlikdən biridir.
Burada bəzi maraqlı faktları qeyd etmək yerinə düşər:
-Dənizdə olan zibillərin təxminən 95% okeanın dibinə çökür, dəniz yanağına, fauna və floraya zərər vurur. Dəniz zibilin yalnız 5%-ni sahilə vurub çıxarır.
-Aİ-da sahilyanı zibilliklərin 80-85% plastikdən ibarətdir. Sahildə olan plastik zibillərin təxminən 50% bir dəfə istifadə edilən plastikdir (plastik torbalar, plastik çəngəl-bıxaq, salfet və yemək qabları, fincan və s.)
-Hər il 8 milyon plastik dənizə atılır. Onun çürüməsi yüz illər çəkir, zibil xırda hissələrə parçalanır və sonda bizim qida zəncirinə daxil olur.
- BMT-nin Ətraf Mühit proqramı plastik zibilliklərin dəniz eko-sistemlərinin cəmi təbii kapitalına vurduğu zərəri illik olaraq 13 milyard ABŞ dolları dəyərində hesablamışdır.
- 29-30 oktyabrda ümumdünya okean liderləri Balidə keçiriləcək 5-ci #OurOcean konfransında bir araya gələcəklər. Aİ həm daxildə, həm də xaricdə daha sağlam və ekoloji daha təmiz okean və çiçəklənən sahilyanı icmalar naminə işləməyə qərarlıdır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb