İndiyədək 25 min 841 müşahidəçi akkreditasiyadan keçib. Onların 153 nəfəri beynəlxalq müşahidəçilərdir.
YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 18-də keçirilən iclasında deyib.
O bildirib ki, ölkə üzrə müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasında 2832 müşahidəçi akkreditasiyadan keçib. Dairə seçki komissiyalarında isə konkret dairə ərazisində müşahidə aparmaq üçün 22 min 856 nəfər müşahidəçi akkreditasiyadan keçib.