logo

Dövlət sərhədini pozman Pakistan vətəndaşları saxlanılıblar

14:54 18-01-2024 | icon 1218
Dövlət sərhədini pozman Pakistan vətəndaşları saxlanılıblar

Yanvar ayının 17-də saat 2:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları 1998-ci il təvəllüdlü Vali Noor Khan və 2001-ci il təvəllüdlü Vahab Abdul Tauzeel saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindənYeniAvropa-ya bildirilib ki, aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.