Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 75 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin üstünün açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarılan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.