logo

Jurnalist Səbuhi Məmmədli Ucarda dəfn olunub

18:38 17-01-2024 | icon 1400
Jurnalist Səbuhi Məmmədli Ucarda dəfn olunub

Ötən gecə vəfat edən tanınmış jurnalist Səbuhi Məmmədli Ucar rayonunun Müsüslü kəndində dəfn olunub.

YeniAvropa xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, dostları, jurnalistlər iştirak etdilər.

Qeyd edək ki, 1970-ci ildə anadan olmuş S.Məmmədli Bakı Dövlət Universitetini bitirib. 1990-cı ildən jurnalistikada olub. Müasir dövr Azərbaycan mediasının öz dəst-xətti ilə seçilən istedadlı nümayəndələrindən biri kimi tanınıb. Müxtəlif illərdə “525-ci qəzet”, “Azərbaycan” və “Yeni Müsavat” qəzetlərində, “Lent.az” saytında çalışıb. 

O, son vaxtlat xroniki böyrək çatışmazlığından "Yeni Klinika"da müalicə olunurdu.Evə buraxıldıqdan sonra yanvarın 12-də halı pisləşdiyi üçün yenidən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

TƏBİB-in mətbuat xidmətindən verilən məlumata görə qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

O, ötən gecə dünyasını dəyişib.

Allah rəhmət eləsin!