logo

Ötən il Azərbaycanda 103 mindən çox körpə doğulub

16:16 17-01-2024 | icon 749
Ötən il Azərbaycanda 103 mindən çox körpə doğulub

Ötən ilin on bir ayı ərzində Azərbaycanda 103 min 367 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2-dən 11,1-ə enib.

YeniAvropa  Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrin 3 min 134-ü əkiz, 135-i üçəm, 4-ü isə dördəm doğulanlardır.

Ötən ilin on bir ayı ərzində ölkədə 54 min 794 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 6-dan 5,9-a düşüb.