logo

Səməd Seyidov “Şöhrət” ordeni ilə təltif edilib

15:51 17-01-2024 | icon 721
Səməd Seyidov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev yanvarın 17-də Səməd Seyidovun ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Səməd İsmayıl oğlu Seyidov “Şöhrət” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, sabah Səməd Seyidovun 60 yaşı tamam olur. 

Səməd Seyidov 18 yanvar 1964-cü ildə Bakıda anadan olub. 

 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəridir.

2000–2015-cu illərdə Azərbaycan Dillər Universitetinin rektoru olub.