logo

Bakı dünyanın ən tıxaclı şəhərləri olan İstanbul və Moskvanı ötüb-Deputat

12:26 17-01-2024 | icon 1134
Bakı dünyanın ən tıxaclı şəhərləri olan İstanbul və Moskvanı ötüb-Deputat

Bakıda insan hər gün tıxacla qarşılaşır.

YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat İltizam Yusifov bildirib.

"10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu, təxminən il ərzində 7,6 gün edir. Dünyanın ən tıxaclı şəhərləri İstanbul və Moskva sayılır. Bu rəqəm orada 5-dən bir az artıqdır. Bizdə kişilər üçün orta yaş həddi 73 ildir. Deməli, Bakıda 73 il yaşayan şəxs ömrünün 1,5 ilini tıxacda keçirir. Bu da çox böyük rəqəmdir", - deyə deputat qeyd edib.