logo

Bakı-Naxçıvan reysi hava şəraiti ilə əlaqədar gecikir

10:30 17-01-2024 | icon 1386
Bakı-Naxçıvan reysi hava şəraiti ilə əlaqədar gecikir

"Azərbaycan Hava Yolları"nın J2-251 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reysin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.

AZAL-dan YeniAvropa-ya bildirilib ki, sözügedən reysin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.