logo

Partlayış olan mebel sexində axtarış tədbirləri davam edir

21:51 16-01-2024 | icon 1260
Partlayış olan mebel sexində axtarış tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin(FHN) xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edək ki, yanvarın 15-də sözügedən ünvanda yerləşən mebel sexində partlayış baş verib. Hadisə nəticəsində indiyədək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Partlayış nəticəsində ümumilikdə 24 nəfər xəsarət alıb.