20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paytaxt Bakıda hazırlıqlara başlanılıb.
Bakı .əhər İcra Hakimiyyətindən YeniAvropa-ya bildirilib ki, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı hazırlıq işləri görülür.
Qeyd edilib ki, həmin ərazi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Bakı .əhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.