logo

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun iclası keçirilib

16:56 16-01-2024 | icon 1169
İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun iclası keçirilib

Yanvarın 16-da Türkiyənin İstanbul şəhərində İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (IPCC) 60-cı sessiyası işə başlayıb. Tədbirdə Azərbaycanı Xarici İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin rəsmilərindən ibarət nümayəndə heyəti təmsil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya verilən məlumata görə, açılış mərasimində IPCC-in sədri Jiam Skea, UNEP-in Baş katibi İnger Andersen, Dünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi, professor Celeste Saulo, UNFCCC icraçı katibi Simon Stiel və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişmələri nazirinin müavini Fatma Varank çıxış edərək iqlim dəyişmələri ilə mübarizədə elmin və IPCC-nin hərəkətverici rolundan danışıblar.

7-ci Qiymətləndirmə Dövrünün (7QD) başlanılmasına həsr edilmiş sessiyanın ilk günündə müzakirə olunacaq məsələlərin dairəsi müəyyən edilib, təşkilatın əvvəlki illər üçün maliyyə hesabatı və gələcək illər üçün büdcə proqnozları, eləcə də IPCC sədrinin yeni qiymətləndirmə dövrü ilə bağlı mülahizələri və iş proqramı müzakirə olunub.