Qusar rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Elvin Kərimovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, həmin şəxsin üzərindən 3,2 kiloqram marixuana və 300 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elvin Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.