Magistral su kəmərində aparılan təmir işlərilə əlaqədar Bakı şəhərinin Sabunçu rayonunun bir hissəsinə, Abşeron rayonunun bir hissəsinə və Sumqayıt şəhərinin Bağlar ərazisinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.