logo

Paytaxtda sexdə partlayışda ölənlərin sayı 7-yə yüksəlib

22:52 15-01-2024 | icon 1162
Paytaxtda sexdə partlayışda ölənlərin sayı 7-yə yüksəlib

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin(FHN) xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.