logo

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası vaxtı bəlli deyil

16:16 15-01-2024 | icon 1169
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası vaxtı bəlli deyil

Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının növbəti iclası yanvarın sonuna planlaşdırılıb, lakin dəqiq tarix və yer razılaşdırılmayıb.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

Onun sözlərinə görə, bu məsələlər hələ də müzakirə olunur.

M.Qriqoryan bildirib ki, ilkin razılaşmalara əsasən, iclasda ilk növbədə komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsinə baxılacaq: “Bununla da birgə fəaliyyət zamanı istifadə olunacaq hüquqi əhəmiyyətli sənədlərin və hüquqi aktların növləri dəqiq müəyyən edilməlidir”.

Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının iclası noyabrın 30-da İcevan (Karvansara) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə baş nazirlərin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin rəhbərliyi ilə baş tutub.