Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 114 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin üstünün açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarılan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 70, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 45 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.