2017-ci ilin noyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər manat ekvivalentində 0,94 faiz azalıb.
YeniAvropa.Az-ın xəbərinə görə, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, ötən ay torpaq və ikinci mənzil bazarında qiymətlər artıb, ilkin mənzil, kommersiya obyektlərinin satışı və onların icarəsi bazarında qiymətlər azalıb:
“Noyabr ayında ikinci mənzildə kvadrat metrin qiyməti 1 627 manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,16 faiz çoxdur. İlkin mənzilin dəyəri 0,27 faiz azalıb və bir kvadrat metri 1 238 manat təşkil edib. Bakıda noyabr ayında mənzil icarəsi bir kvadrat metr üçün 8,49 manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,19 faiz azdır. Noyabr ayında torpaq bazarı 2,48 faiz artıb və bir sot torpaq üçün 20 349 manat təşkil edib”.
Onun sözlərinə görə, noyabr ayında kommersiya obyektləri bazarında qiymətlər azalmaqda davam edib:
“Kommersiya obyektlərinin bir kvadrat metri üçün orta qiymət 2 588 manat təşkil edib ki, bu da ötən ayla müqayisədə 2,31 faiz azdır. Onların icarəsi isə 1,83 faiz azalıb və 13,65 manat təşkil edib”.
Ekspert qeyd edib ki, ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 7,73 faiz azalıb:
“İkinci mənzil bazarında qiymətlər il ərzində 13,79 faiz, mənzil kirayəsi 17,04 faiz, torpaq kirayəsi 1,23 faiz azalıb. Ötən ilin noyabr ayı ilə müqayisədə kommersiya obyektləri bazarında qiymətlər 21,31 faiz, ilkin mənzil və kommersiya obyektlərinin kirayəsi bazarında müvafiq olaraq 13,79 və 17,68 faiz azalıb”.
S.B.
Gələn il dövlət büdcəsində kənd təsərrüfatına 1,2 milyard manat ayrılacaq
Sabay Bakıda qısamüddətli yağış yağacaq,16° isti olacaq
İlin əvvəlindən 6 tondan çox narkotika müsadirə edilib
Azərbaycan-Gürcüstan səhiyyə əməkdaşlığı müzakirə olunub
Ermənistana görə Azərbaycan müdafiə xərclərini artırır-Samir Şərifov
Paşinyan bir sıra məmurları vəzifəsindən uzaqlaşdırıb
Almaniya ABŞ-ın Rusiya ərazisinə zərbə endirmək barədə qərarını dəstəkləyib
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib