logo

Yağan qar Bakı hava limanı iş rejiminə mane olmayıb

12:42 14-01-2024 | icon 1288
Yağan qar Bakı hava limanı iş rejiminə mane olmayıb

Heydər Əliyev Beynəlxalq Hava Limanı(BHL) ştat rejimdə çalışaraq uçuşların cədvəl üzrə həyata keçirilməsini təmin edir.

YeniAvropa xəbər verir ki, bu barədə BHL-ın mətbuat xidmətindən bildirilib.

"Texniki park tam təchiz olunub, hava limanında uçuş-enmə zolaqlarının, yolların və təyyarələrin buzlaşma əleyhinə maye ilə təmizlənməsi üçün daima bütün zəruri işlər aparılır.

Aerodroma cəlb edilən resurslar növbəti gün üçün hava proqnozuna uyğun hazırlanıb ki, bu da dəyişikliklərə tez reaksiya verməyə və mümkün mənfi təsirləri minimuma endirməyə imkan verir.

Təyyarələrə texniki qulluq və sərnişinlərə xidmət də planlı şəkildə həyata keçirilir.