logo

Faktiki hava: Ölkə ərazisində qarlı hava şəraiti davam edir

12:12 14-01-2024 | icon 798
Faktiki hava: Ölkə ərazisində qarlı hava şəraiti davam edir

Yanvarın 14-ü saat 12:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Sarıbaş (Qax), İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Quba, Qusar, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Hacıqabul, Lənkəran, Yevlax, Kürdəmir, Neftçala, Sabirabad, Yardımlı, Beyləqan, Cəfərxan, Biləsuvar, Astara, Şahdağ və Qrızda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 4 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.

Yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında 14-ü axşamadək, bölgələrdə isə 15-i səhərədək davam edəcək.

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 14-15-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var. Xüsusən də dağlıq və dağətəyi rayonlarda.