Yanvarın 13-dən Lənkərana aramsız yağan qarın qalınlığı hazırda 50 santimetrə çatır.
YeniAvropa xəbər verir ki, aramsız yağan qar səbəbindən rayonun mərkəzində bir sıra rabitə və elektrik dirəkləri aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yolların qardan təmizlənməsi işlərinə ağır texnikalar cəlb olunub.