logo

Yanvarın 15-dən seçki təşviqat kampaniyasına start verilir

16:56 13-01-2024 | icon 1477
Yanvarın 15-dən seçki təşviqat kampaniyasına start verilir

 Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədlərin seçkiqabağı təşviqatın aparılmasına yanvarın 15-də start veriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə yanvarın 13-də Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki Komissiyasının(MSK) növbəti iclasında bildirilib. 

Qeyd edilib ki, proses fevralın 6-sı saat səhər 8-də dayandırılacaq.

Azərbaycanda prezidentliyə qeydə alınmış namizədlərin siyahısı 2024-cü il 18 yanvar tarixinədək dərc olunacaq.

Xatırladaq ki, fevralın 7-ə təyin edilən növbədənkənar prezident seçkilərində iştirak üçün MSK 7 nəfərin-İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev, Fuad Əliyevin namizədliklərini qeydə alıb.