Ölkə üzrə min seçki məntəqəsində veb-kameraların quraşdırılması təmin edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının(MSK) bu gün keçirilən iclasında bildirilib.
Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, seçki günü seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təminatı da həyata keçiriləcək: ”Bütün bunlarla bağlı müvafiq qurumlarla əməkdaşlıq edilməsinə artıq başlanıb”.