logo

Sinoptiklərdən xəbərdarlıq: Bakıda güclü külək əsəcək, yollar buz bağlayacaq

14:34 13-01-2024 | icon 644
Sinoptiklərdən xəbərdarlıq: Bakıda güclü külək əsəcək, yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara və bəzi ərazilərdə qara keçəcəyi gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Bildirilib ki, 14-ü gecə və səhər ayrı-ayrı yerlərdə qarın yağmasının intensivləşəcəyi ehtimalı var. Yollar buz bağlayacaq. 

Şimal-qərb küləyi 13-ü səhərdən 14-dək 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyə, 13-ü  gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 metr/saniyə güclənəcəyi gözlənilir.

Qeyd edilib ki, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və səhər 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun 5-8°aşağı enərək,13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.

Güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur.