logo

"Neft daşları"nda dalğanın hündürlüyü 4,2 metrə çatıb 

13:13 13-01-2024 | icon 2457
"Neft daşları"nda dalğanın hündürlüyü 4,2 metrə çatıb 

Saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib, rayonlara qar və yağış yağıb.

YeniAvropa xəbər verir ki,bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şahbuz, Daşkəsən, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabranda qar, Naxçıvan, Culfa, Ordubad, Gəncə, Şəmkir, Şamaxı, Zərdab, Salyan, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Kürdəmir, Hacıqabul, Neftçala, Biləsuvarda yağış yağıb.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 32 m/s-dək, Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Mingəçevirdə 21 m/s, Ağdamda 18 m/s, Bərdə, Tərtərdə 16 m/s Şəkidə 15 m/s-dək güclənib. "Neft daşları" stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 4 dərəcəyədək isti, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.