logo

Mərkəzi Bank 350 milyon manat cəlb edir

13:28 16-09-2018 | icon 3416
Mərkəzi Bank 350 milyon manat cəlb edir

Sentyabrın 17-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

YeniAvropa Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-9,99 faiz təşkil edir.