logo

Faktiki hava:Yağıntılı hava şəraiti 15-dək davam edəcək

09:09 13-01-2024 | icon 1092
Faktiki hava:Yağıntılı hava şəraiti 15-dək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-28, Mingəçevirdə 25, Naftalanda, Goranboyda 19, Lerik, Tərtərdə 18 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Qar örtüyünün hündürlüyü: Qaxda (Sarıbaş) 12, Qrızda 10, Göygöl, Şəkidə (Kişçay) 7, Gədəbəydə 6, Altıağacda 3, Qubada 2, Xaltan, Qusarda 1 santimetr olub.

Şahbuz, Balakən, Daşkəsən, Qəbələ, Göygöl, Şamaxı, Göyçay, Qrızda isə duman müşahidə olunub.

Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək.