Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıb.
YeniAvropa xəbər verir ki, Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.
Bunların arasında Azərbaycan Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev və Quru Qoşunların artıq sabiq komandanı general-leytenant Ənvər Əfəndiyev də var.