logo

Daha bir bələdiyyə sədrinə cinayət işi açılıb

18:48 12-01-2024 | icon 651
Daha bir bələdiyyə sədrinə cinayət işi açılıb

Daşkəsən rayonunda Əhmədli kənd bələdiyyəsinin sədri Sərvaz Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Daşkəsən rayon ProkurorluğundanYeniAvropa-ya verilən məlumata görə, araşdırma zamanı Sərvaz Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan Əhmədli bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verərək dələduzluq yolu ilə vətəndaşa məxsus pul vəsaitini əla keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.