logo

Hikmət Mirzəyev müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı təyin olunub

17:35 12-01-2024 | icon 2513
Hikmət Mirzəyev müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı təyin olunub

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub.

YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, H.Mirzəyev eyni zamanda, Quru Qoşunların komandanı vəzifəsini icra edəcək. 

General-leytenant Mirzəyev Hikmət İzzət oğlu 29 fevral 1968-ci ildə Biləsuvar şəhərində anadan olub. 1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb. 1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə  müxtəlif mükafatlara, bir sıra orden və medallara layiq görülüb.

Ailəlidir. İki övladı var.