logo

Bakıda avtomat satmaq istəyən şəxsdə narkotika da aşkarlanıb

11:55 12-01-2024 | icon 637
Bakıda avtomat satmaq istəyən şəxsdə narkotika da aşkarlanıb

Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Əli Abbasov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olan heroin aşkarlanıb. Əlavə olaraq həmin şəxsdən Suraxanı rayonu ərazisindəki qarajda gizlətdiyi bir ədəd “Kalaşnikov” markalı avtomat silah da aşkar edilərək götürülüb. Ə.Abbasov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı 33-cü polis bölməsində araşdırmalar davam etdirilir.