logo

Ötən gün Azərbaycanda 15 kq narkotik vasitə aşkarlanıb

11:22 12-01-2024 | icon 623
Ötən gün Azərbaycanda 15 kq narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının yanvarın 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 15 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, keçirilən tədbirlər zamanı narkotik vasitələr, 14 kiloqram 150 qram marixuana, 227 qramdan çox heroin, 530 qram tiryək, 530 qrama yaxın metamfetamin və 202 metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.