Bakıda məşhur iş adamının ölkədən çıxışına məhdudiyyət qoyulub.
YeniAvropa xəbər verir ki, iş adamı Şirinov Vüqar İbiş oğlunun vergi borcunun ödəməməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib.
Məhkəmədə sahibkar barəsində "Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat" iddiası qaldırılıb.
İş Şirvan Kommersiya Məhkəməsinin hakimi Elşən Abdullayevin icraadadır.
Qeyd edək ki, Vüqar Şirinov "Planet" şadlıq sarayının sahibi kimi tanınır. O, 2017-ci ildə direktoru olduğu "Karvan-K" İstehsalat Kommersiya şirkətinin tabeçiliyində olan "Planet" şadlıq sarayının arxa hissəsində 9 ədəd ağacı qanunsuz kəsdirdiyi üçün həbs edilib. 2020-ci ildə sözügedən şirkətin qanuni təmsilçiliyindən ayrılıb və yerinə Abbasov Ramin Misir oğlu gətirilib.
Məlumata görə, hazırda Vüqar Şirinovun dövlətə 12876.06 manat vergi borcu var.