Paytaxt Bakıdan digər əraziyə köçürüləcək?
Paytaxt Bakının digər əraziyə köçürülməsi yanlış fikirdir. Paytaxtın öz funksiyaları var və bu funksiyalar daxilində şəhər öz həyatını yaşamalıdır.
YeniAvropa xəbər verir ki, bunu “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na münasibət bildirərkən Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.
Bakıda həddən artıq yüklənmə olduğunu etiraf edən E.Qasımzadə bildirib ki, bir çox iri dövlət qurumları artıq şəhərin mərkəzi hissəsindən köçürülüb. Eyni zamanda, Heydər Əliyev prospektində böyük dövlət qurumları üçün yeni ofislərin tikintisi aparılır.
“Bu düzgün siyasət olmaqla yanaşı özünü tam doğruldur. Həmçinin şəhərin mərkəzində nəqliyyatın sıxlığını bir qədər yüngülləşdirir. Amma əsas bu deyil. Paytaxtın köçürülməsi ilə birgə böyük sayda mütəxəssislərin, dövlət qulluqçularının da başqa yerə köçürülməsi düşünülməlidir. Bu mümkündürmü?”, - deyə E. Qasımzadə əlavə edib.
Paytaxtın köçürülməsi ilə bağlı Qazaxıstan nümunəsindən danışan sədr bildirib ki, ölkə paytaxtının Almatıdan Astanaya köçürülməsinin təkcə Almatı şəhərinin yüklənməsi problemi deyil, digər səbəblər də var idi: “Amma nə əldə olundu? Bu gün Astana maraqlı bir memarlıq muzeyidir, amma bir şəhər olaraq canlanma yoxdur. Mütəxəssislər və dövlət qulluqçuları Astanaya məcburiyyət qarşısında köçürüldülər. Lakin Almatının əsas sakinləri köçmədilər”.
E.Qasımzadə qeyd edib ki, ali tədris müəssisələrinin də Bakıdan çıxarılması və onlar üçün kampusların tikilməsi barədə fikirlər səsləndirilir. Bu ideya Bakının Baş planının əvvəlki redaksiyalarında da olub.
“Amma bunu həyata keçirmək o qədər də asan deyil. Çünki sözügedən tədris ocaqlarında çalışan professor, müəllim heyəti hər gün uzaq məsafə qət etməli olacaqlar. Bu, əslində böyük problemdir. Odur ki, Azərbaycan paytaxtının kənara köçürülməsi yanlış fikirdir”, - deyə Elbay Qasımzadə əlavə edib.
Bakının Baş planı təsdiq edildikdən sonra ən çox müzakirə olunan mövzulardan olan paytaxtda tramvay nəqliyyatının bərpasına da toxunan E.Qasımzadə Baş planda qeyd olunan qərarın lehinə olduğunu açıqlayıb: “Əslində etiraf etməliyik ki, tramvayın olub-olmaması Bakının inkişafına o qədər də böyük təsir göstərmir. Amma bir Bakı sakini olaraq düşünürəm ki, Avropanın və dünyanın bir çox qədim şəhərlərində olduğu kimi Bakıda da tramvay olmalıdır, tramvayı bərpa etmək vacibdir. Bilirəm ki, dövlət tərəfindən bu istiqamətdə hansısa addımlar atılır. Tramvay yaxşı nəqliyyat vasitəsidir və öz yolu ilə gedir. Ona görə də avtomobilin hərəkətinə o qədər də mənfi təsir göstərmir. Avtobuslar üçün isə xüsusi yollar salınmasına baxmayaraq, yenə də küçənin ortası ilə avtomobillərlə bərabər hərəkət edirlər. Bu, problem yaradır. Amma tramvay heç bir problem yaratmayacaq. Sakinlər üçün cəlbedici bir nəqliyyat vasitəsidir. Ona görə tramvayın bərpasının tam tərəfdarıyam”.
Paytaxtın Baş planında yer alan yaşıllaşdırma planlarına da toxunan Azərbaycan Memarlar İttifaqının sədri Bakının yaşıllaşdırılması proqramının 1971-ci ildə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən Azərbaycan Kommunist Partiyasının və Nazirlər Sovetinin birgə qərarı ilə planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, Bakıda yaşıllıqların artırılması sahəsində son 50 ildə çox böyük işlər görülüb.
“Çox təəssüf ki, bəzi yaşıllıq massivlərində ağaclar qırılıb, tikililər aparılıb. Amma Bakının yaşıllaşdırılması problemi bu gün dövlət başçısının diqqət mərkəzindədir. Son bir neçə ildə bir neçə böyük yaşıllıq sahələri yarandı. Nümunə olaraq Füzuli küçəsi boyu Mərkəzi Park, dənizkənarı bulvarın genişlənməsi və s. Gələcəkdə bulvarın uzunluğu 21 kilometrə qədər çatdırılacaq və Baş planda bu əlbəttə ki, nəzərdə tutulub. Ümumiyyətlə Baş planda Bakının bir sıra yenidənqurmaya məruz qalacaq ərazilərində də yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulub. Yəni Baş plan konkret tikililərin aparılması üçün olan sənəd deyil. Baş plan şəhərin inkişaf konsepsiyasını müəyyənləşdirən, istiqamətlərini göstərən və ən vacib problemlərin həllini təklif edən bir sənəddir. Bu plan 2040-cı ilədək olan müddətə tərtib olunub. Bu müddətə isə 16 il qalıb. Bu müddətdə ola bilər ki, hansısa yeni fikirlər, təkliflər yarana bilər. Bu o demək deyil ki, o fikirləri biz saxlamalı və yalnız 2040-cı ildən sonra tətbiq etməliyik. Biz şəhərin xeyrinə olan hər bir sağlam təklifi və fikri istifadə etməliyik və vaxtında yerinə yetirməliyik”, - deyə Elbay Qasımzadə vurğulayıb.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov