logo

Azərbaycanın və Qazaxıstanın iş adamları görüşəcəklər

21:27 15-09-2018 | icon 2842
Azərbaycanın və Qazaxıstanın iş adamları görüşəcəklər

ktyabrın 1-də Qazaxıstanın Almatı, oktyabrın 4-də isə Çimkənt şəhərlərində Azərbaycan-Qazaxıstan iş adamlarının görüşü keçiriləcək.

YeniAvropa xəbər verir  ki, görüş Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək.

Tədbirin məqsədi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması, habelə hər iki ölkənin iş adamları arasında əlaqələrin möhkəmləndirilməsi, Qazaxıstana ixrac imkanlarının genişləndirilməsidir. Görüşdə 30-dan çox azərbaycanlı iş adamı iştirak edəcək.

Qeyd edək ki, yerli məhsullarımızın ixracının dəstəklənməsi, həcminin genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Qazaxıstanın üç şəhərində - Aktauda, Astanada və Almatıda Azərbaycan Ticarət evləri açılacaq.