logo

Xankəndidə Bayrağın qaldırılması Zəfərimizin son nöqtəsi idi-İlham Əliyev

21:51 10-01-2024 | icon 1323
Xankəndidə Bayrağın qaldırılması Zəfərimizin son nöqtəsi idi-İlham Əliyev

Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.

YeniAvropa xəbər verir ki, bu sözləri prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Bunların tarixi anlar olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik”. Xalqımızın bütün təbəqələrinin öz işi ilə bu Qələbəni yaxınlaşdırdığını söyləyən prezident vurğulayıb ki, bu, ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bu mövzu unudulmadı.