logo

Şimal bölgəsinə qar yağıb, temperatur -8°-yə enib

11:55 10-01-2024 | icon 1071
Şimal bölgəsinə qar yağıb, temperatur -8°-yə enib

Yanvarın 10-u səhər saatlarından başlayaraq Quba, Xaçmaz və Şabran rayonlarının ərazisinə yeni ilin ilk qarı yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya MərkəzindənYeniAvropa-ya bildirilibki, qarın hündürlüyü Qubanın mərkəzində, Qusarın Ləzə kəndində, Xaçmaz və Şabran rayonlarında 1 santimetr olub. Həmişəkindən fərqli olaraq, bu dəfə yüksək dağlıq ərazilərdə qar qeydə alınmayıb.

Qubanın Qırız kəndində temperatur  -8°, Xızının Altıağac qəsəbəsində isə  -6°-yə enib.