logo

Yevlax sakinindən tapança aşkar edilərək götürülüb

10:10 10-01-2024 | icon 602
Yevlax sakinindən tapança aşkar edilərək götürülüb

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində tapança aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib daşımaqda şübhəli bilinən rayon sakini İlkin Baxşəliyev saxlanılaraq şöbəyə gətirilib. Onun üstündə müvafiq qaydada aparılan baxış zamanı bir ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax XPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.