Lerikdə meşə sahəsində yanğın baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 hektar və Hirkan Milli Parkının ərazisində 0,2 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
Nazirliyin yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər.
Ətraf ərazilər yanğından mühafizə olunub.