logo

MSK daha 4 nəfərin prezidentliyə namizədliyini qeydə alıb

16:14 09-01-2024 | icon 1141
MSK daha 4 nəfərin prezidentliyə namizədliyini qeydə alıb

Yanvarın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

YeniAvropa xəbər verir ki, MSK-nın iclasında prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyev, prezidentliyə namizədliyi Böyük Quruluş Partiyası (BQP) tərəfindən irəli sürülmüş Fazil Mustafa, prezidentliyə namizədliyi Böyük Azərbaycan Partiyası (BAP) tərəfindən irəli sürülmüş Elşad Musayevin və prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fuad Əliyevin namizədliklərinin qeydə alınması məsələlərinə baxılıb.

Müzakirələrdən sonra növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində Qüdrət Həsənquliyevin, Fazil Mustafanın, Elşad Musayevin və Fuad Əliyevin namizədlikləri qeydə alınıb.

Bununla da 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkisində namizədlikləri MSK tərəfindən qeydə alınanların sayı 7-ə çatıb.  

Xatırladaq ki, MSK bundan əvvəl prezidentliyə namizədliyi YAP tərəfindən irəli sürülmüş İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun və namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Nurullayevin namizədliyini qeydə alınıb.