Artıq azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları(MnSK) yaradılıb.
YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yanvarın 8-də jurnalistlərə açıqlamasında deyib.
Məzahir Pənahov bildirib ki, məntəqələr lazımi teniki avadanlıq və ləvəzimatlarla təchiz edilib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edilib.