Bu günə qədər 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.
YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, təsdiqlənmiş namizədlərdən 7-si imza vərəqələrini MSK-ya qaytarıb.
Həmin şəxslərdən 3–nün prezidentliyə namizədliyi artıq qeydə alınıb. Dörd nəfərin təqdim etdiyi sənədlər yoxlanılıb başa çatdırıldıqdan sonra onların qeydə alınma məsələlərini də gündəliyə çıxaracağıq.