İmişlidə alça ağacı qış fəslində bar gətirib. Həm də qeyri-adi bir məqam ondan ibarətdir ki, 3 illik ağac ilk barını məhz qış fəslində verib.
YeniAvropa xəbər verir ki, qeyri-adi təbiət hadisəsi İmişli rayonu Çaxırlı kəndində qeydə alınıb.
Sözü gedən ağac 3 ildir ki, əkilib, amma bir dəfə də olsun bar gətirməyib. Ötən ayın əvvələrində ağac tumurcuqlayıb və şaxtalı hava olmasına baxmayaraq gücdən düşməyərək çiçəkləyib, hazırda onun üzərində az da olsa alça meyvələri var.