Bu gündən-yanvarın 7-dən Azərbaycanda 6 günlük iş həftəsi başlayır.
YeniAvropa xəbər verir ki, bu, baş nazir Əli Əsədov ötən il dekabrın 9-da imzaladığı müvafiq qərarda öz əksini tapıb.
Qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il yanvarın 4 və 5-də iş günləri ilə müvafiq olaraq 2023-cü il dekabrın 30-u və 2024-cü il yanvarın 7-si istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il dekabrın 30-u şənbə, 2023-cü il dekabrın 31-i və 2024-cü il yanvarın 7-si tarixləri bazar günlərinə təsadüf edib.
Yanvarın 6-sı şənbə gününə düşdüyü üçün Yeni ildə bir həftə - 2023-cü il dekabrın 31-i, 2024-cü il yanvarın 1, 2, 3, 4, 5 və 6-sı qeyri-iş günü olub.
Yeni ilin ilk iş günü isə bazar günü-yanvarın 7-dən başlayıb.