Azərbaycan Respublikasının əməkdar artisti Aygün Bəylər vəfat edib.
YeniAvropa xəbər verir ki, müğənni bu gün Türkiyənin paytaxtı Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xanəndə müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya gedib.
Qeyd edək ki, Aygün Hümmətova (Bəylər) 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olub.
2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.
Xatırladaq ki, Aygün Bəylər süd vəzi xərçəngindən əziyyət çəkirdi.O, bir müddət əvvəl Ankarada Gülhanə Hərbi Tibb Akademiyasında müalicə alıb.
Allah rəhmət eləsin!