Yanvarın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
YeniAvropa xəbər verir ki, MSK-nın iclasında prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun namizədliyinin qeydə alınması məsələsinə baxılıb. Müzakirələrdən sonra növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Orucun namizədliyi qeydə alınıb.
İclasda, həmçinin prezidentliyə namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Nurullayevin də qeydə alınması məsələsinə baxılıb. Müzakirələrdən sonra Razi Nurullayevin də namizədliyi qeydə alınıb.